Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" klubunun oyun üslubu haqda məqalə dərc olunub. Matc.az "tag 24"ə istinadən xəbər verir ki, yazıda baş məşçqi Dirk Şusterin sürətli mübarizəyə üstünlük verdiyi qeyd edilib.
 
Bildirilib ki, almaniyalı mütəxəssis hücumda Florian Kryugerlə Tom Baumqarta güvənir. Hər iki oyunçu da texnikalı və sürətlidir. Onları topla təmin edən əsas futbolçu isə yarımmüdafiəçi Yan Xoxşaydtdır. Məhz onun iti çıxışları komandanı irəli aparır.
 
Yazıda millimizin üzvü Dmitri Nazarova da yer verilib. Həmkarlarımız baş məşqçinin 30 yaşlı oyunçudan sərbəst oynamağı tələb etdiyini qeyd ediib. Nazarovun meydanda yaradıcı və əla zərbələrinin olduğu da vurğulanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest