Braziliyalı keçmiş futbolçu Ronaldo "qızıl top"a layiq olan, lakin bu mükafatı qazanmayan futbolçuların adlarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, sabiq futbolçu, sosial şəbəkə hesabında etdiyi canlı yayımda bu mükafatı qazana bilməyən ən yaxşı 5 futbolçunu açıqlayıb:
 
"Qızıl top"u qazanmayan, amma bunun üçün hər cür səbəbi olan 4 futbolçu saya bilərəm. Bunlar Alessandro Del Pyero, Paulo Maldini, Françesko Totti və Rauldur. Bura Roberto Karlosu da əlavə edərdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest