çin milli komandası Dç-2022 çərçivəsində keçiriləcək təsnifat mərhələsinin hazırlıqlarına başlayıb. Matc.az "Global Times"a istinadən xəbər verir ki, yığma əsas liqanın iki komandası ilə yoxlama oyunu keçirəcək.

Məlumata görə, çin millisinin xaricdə çıxış edən yeganə futbolçusu U Ley komandaya qoşulmayacaq. Digər oyunçuların isə hazırlıqda iştirak edəcəkləri bildirilib.

Yığmanın "Şanxay SPİG" və "Şanxay Şenxua" ilə yoxlama oyunları da keçirəcəyi qeyd edilib.     

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest