"Xammarbyu" klubunun idman direktoru Yesper Yansson karantin zamanı komanda ilə məşq edən Zlatan İbrahimoviçin İsveç klubuna keçə biləcəyini istisna etməyib. Matc.az xəbər verir ki, hazırda "Milan"da çıxış edən təcrübəli futbolçu İtaliyadan ayrılmaq niyyətindədir.

Klub rəsmisi bildirib ki, İbrahimoviçin komandası ilə məşq etməyi onlar üçün yaxşı təcrübədir. Yesper İbrahimoviçin "Xammarbyu"da oynama ehtimalının da olduğunu bildirib. Lakin o, son qərarın futbolçunun özünün verəcəyini qeyd edib.

Qeyd edək ki, Zlatanın bu gün "Milan"a dönəcəyi gözlənilir.        

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest