"Qalatasaray"da baş məşqçi Fatih Terimin köməkçisi Hasan Şaş vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə sabiq oyunçu özü "instagram" hesabından məlumat verib.

O bildirib ki, bu günə qədər xidmət etdiyi klubdan öz istəyi ilə ayrılıb. Şaş azakeşlərə və klub rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Hasan Şaş 2017-ci ildən klubun digər sabiq futbolçusu ümid Dava ilə birgə Terimin köməkçisi idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest