İtaliya A Seriyasında mübarizə aparan "Kalyari"nin futbolçuları koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar kluba dəstək nümayiş etdiriblər.
 
Matc.az xəbər verir ki, onlar aprel ayının maaşından imtina ediblər.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onların bu fədakarlığını yüksək qiymətləndirən klub prezidenti Tommazo Culini futbolçuların hər birinə təşəkkürünü bildirib.
 
Xəbərdə o da bildirilir ki, futbolçuların bu addımı klubda çalışan digər şəxslərin işlərini itirməməsinə kömək edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest