"Liverpul" müdafiənin mərkəzini gücləndirmək niyyətindədir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, mövsüm sonunda Dejan Lovren komandanı tərk edəcək.

Məlumata görə, "qırmızılar" onun əvəzinə "Espanyol"un müdafiəçisi Leandro Kabreranı düşünür. Futbolçunun hazırkı dəyəri 15 milyon avrodur.

Klub rəhbərliyi Leandro ilə yanaşı, Dana Aksel Zaqadu ("Borusiyya"), Tanqi Kuassi (PSJ) və Zuxaira Feddalyanı ("Betis") da izləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest