Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko haqqında araşdırma başladılıb.
 
Matc.az "Associated Press"ə istinadən xəbər verir ki, federasiya prezidenti korrupsiyada ittiham olunur. UEFA İcraiyyə Komitəsinin üzvü olan Pavelko qurumun 2017-ci ildə Ukrayna Futbol Federasiyasına göndərdiyi pulları izah etmək üçün 2018-ci ildən bəri təhqiqatçılarla yazışmalar aparıb.
 
UEFA məsələylə bağlı açıqlama verməkdən imtina edib.
 
Keçən il "Lillustre" nəşri UEFA-dan Ukraynaya göndərilən pullarla bağlı məqalə dərc edib. Bundan sonra sözügedən nəşrin jurnalisti Ukraynadan gələn zənglə təhdid olunub. Məsələylə bağlı Pavelko İsveçrə prokurorluğu tərəfindən dindirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest