FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu il keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə 2021-ci ildə təşkil ediləcək.
 
Dç-nin 12 sentyabr - 3 oktyabr tarixlərini əhatə edəcəyi açıqlanıb. Mundial əvvəlcədən nəzərdə tutulduğu kimi Litvada baş tutacaq. 
 
FIFA həmçinin, qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını da açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest