çinin "Tyanzin Tyanhay" klubu növbəti mövsümdə Super Liqada iştirak etməyəcək.
 
Matc.az xəbər verir ki, ciddi maliyyə çətinliyi yaşayan klub müflis olduğunu açıqlayıb.
 
Artıq sözügedən klubu növbəti mövsüm üçün elitada hansı komandanın əvəz edəcəyi də bəllidi. Belə ki, son mövsümün nəticələrinə görə elitanı tərk etmək məcburiyyətində qalan "Şençjen" komandası yenidən Super Liqada iştirak etmək hüququ qazanıb.
 
Qeyd edək ki, 2006-cı ildə təsis edilən "Tyanzin Tyanhay" klubunun heyətində Aksel Vitsel, Alexandre Pato, Antoni Modeste kimi futbolçular çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest