Koronavirus pandemiyasına görə dayandırılan Portuqaliya çempionatının taleyinə rəsmən aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, turnir iyunun 4-dən etibarən davam etdiriləcək. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Həmin gün 25-ci turun qarşılaşmalarına start veriləcək.
 
Xatırladaq ki, Portuqaliyada çempionat mart ayında baş tutan 24-cü turun oyunlarından sonra dayandırılmışdı.
 
Hazırda turnir cədvəlinə 60 xala malik "Portu" rəhbərlik edir. İkinci yerdə "Benfika" (59 xal), üçüncü pillədə isə "Braqa" (46) qərarlaşıb.
 
Portuqaliyada 27 mindən çox adamda koronavirus aşkarlanıb, azı 1000 nəfər dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest