"Barselona" İtaliya A Seriyasında çıxış edən 4 müdafiəçi ilə maraqlanır. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar bu oyunçuların biri ilə yayda müqavilə imzalamaq niyyətindədir.

Məlumata görə, "Barselona"nın hədəfindəki müdafiəçilərin üçü "Yuventus"da forma geyinir. Bunlar  Matteis de Liqt, Mattia De Şiliyo və Daniel Ruqanidir. Bunlarla yanaşı, kataloniyalılar "İnter" də çıxış edən Milan Şkrinyarın da xidmətində maraqlıdırlar.

Qeyd edək ki, De Liqt 2019-cu ilin yayında "Barselona"ya keçməli idi. Ancaq İtaliya mətbuatı həmin vaxt müdafiəçinin maliyyə şərtlərinin transferin baş tutmasına mane olduğunu yazıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest