FIFA sentyabrda İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan ən yaxşı futbolçuların mükafatlandırma mərasimini ləğv edib.

Matc.az "Marca"ya istinadən xəbər verir ki, qurum bu il ən yaxşı oyunçunu müəyyənləşdirməyəcək.

Qeyd edək ki, bu mükafatı sonuncu dəfə Lionel Messi alıb. "France Football" nəşri builki Qızıl Top mükafatla bağlı qərar verməyib, UEFA da çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı ənənəvi mərasimin olacağını açıqlamayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest