"Valensiya" baş məşqçi postunda dəyişiklik edə bilər. Matc.az xəbər verir ki, İspaniya klubu hazırkı çalışdırıcı Albert Seladeslə yollarını ayırmağa hazırlaşır.
La Liqada hazırda 7-ci pillədə yer alan "yarasalar"ın çempionlar Liqasına düşməmək təhlükəsi var. Bu üzdən Seladeslə vidalaşmaq istəyən rəhbərlik bu posta PSJ və "Arsenal"ın sabiq baş məşqçisi Unay Emerini gətirmək niyyətindədir.
İspaniyalı mütəxəssis 2008-2012-ci illərdə bu komandaya rəhbərlik edib. Onun dönəmində "yarasalar" üç dəfə La Liqada 3-cü yeri tutub və çempionlar Liqasında 1/8 finala qədər irəliləyib.