Futbol üzrə Fransa millisinin sabiq hücumçusu Cibril Sisse peşəkar karyerasını bərpa etməyə qərar verib.
 
Matc.az xəbər verir ki, bu barədə veteran hücumçu "La- Provence" nəşrinə açıqlamasında deyib.
 
38 yaşlı keçmiş forvard bildirib ki, o, özəl hədəfini həyata keçirmək üçün yaşıl meydanlara qayıtmaq istəyir. Məsələ burasındadı ki, Sisse bir müddət öncə Fransa çempionatında 100 qol səddini keçmək istədiyini açıqlamışdı. Bunun üçün də o, özünə komanda axtarır. Təcrübəli forvard hazırda yetirməsi olduğu "Nim" klubu ilə danışıq apardığını da etiraf edib.
 
Qeyd edək ki, Sisse karyerası ərzində "Liverpul" (İngiltərə), "Olimpik" (Marsel, Fransa), "Sanderlend" (İngiltərə), "Panatinaikos" (Yunanıstan) kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest