çexiyanın "Viktoriya" (Jijkov) klubu yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi sözügedən komanda səfərdə "Yablonets"lə qarşılaşıb.
 
Bu komandalar əslində bir gündə fərqli heyətlərlə iki yoxlama oyunu keçiriblər. Fərid ilk oyunun iştiraçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandası isə bu görüşü 2:0 qalib başa vurub.
 
Günün digər oyunundə isə "Yablonets" oxşar hesabla qalib gəlib. Fərid bu dəfə meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest