Koronavirus pandemiyası səbəbiylə təxirə salınan İngiltərə Premyer Liqasının bərpa müddəti uzana bilər. Matc.az "Telegraf"a istinadən xəbər verir ki, mövsümün startının iyunun 19-na təxirə salınması müzakirə edilir.

Liqanın iyunun 12-də davam etməsi planlaşdırılırdı. Ancaq komandaların kapitanları və məşqçilərin açıqlamları bu vaxtı bir həftə də uzadacaq. Belə ki, klublar çempionata hazırlanmaq üçün mövsümün bərpasını iyunun 12-dən 19-dək uzadılmasını istəyir.

Xatırladaq ki, bazar ertəsi günü İngiltərə hökuməti 1 iyun tarixindən etibarən ölkədə idman tədbirlərini tamaşaçısız keçirməyə icazə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest