"Barselona"nın futbolçusu Nelson Semedo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Mançester Siti" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Kataloniya klubu mövsüm sonunda Semedo ilə yolları ayırmağa düşünür. 26 yaşlı futbolçu ilə "şəhərlilər"lə yanaşı, "çelsi" də maraqlanır. Ancaq o, Pep Qvardiolayla çalışmaq istədiyi üçün Mançester təmsilçisinə daha yaxındır.

İspaniya mətbuatı "Barselona"nın 50 milyon avro qarşılığında futbolçunu satacağını bildirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest