"Yuventus"la "çelsi" oyunçularını dəyişdirə bilər. Matc.az  "The Guardian"a istinadən xəbər verir ki, Turin klubu Jorjinyo üçün Miralem Pyaniçi verməyə hazırdır.

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri London klubunun yarımmüdafiəçisini komandasında görmək istəyir. Bununla yanaşı, bosniyalı futbolçu PSJ-nin də maraq dairəsindədir. Paris klubunun "Yuventus"da danışıqlara hazır olduğu bildirilir.

Pyaniçin "Yuventus" la müqaviləsi 2023-cü ildə başa çatır. 30 yaşlı yarımmüdafiəçi A Seriyasında 22 oyunda çıxış edib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest