Türkiyənin "Erzurumspor" klubunda 11 nəfərdə koronavirus aşkarlandığını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, bununla əlaqədar klubun qalan futbolçu və məşqçi heyəti, eləcə də işçiləri karantinə alınıb.
 
Bu barədə TFF 1-ci Liqa klubunun prezidenti Hüseyn üneş məlumat verib. Onun sözlərinə görə, həmin 11 nəfərdən əlavə, daha 72 şəxs karantinə alınıb. Buraya həm futbolçular, həm məşqçilər, həm də klubda müxtəlif vəzifələrdə çalışanlar daxildi.
 
Xatırladaq ki, "Erzurumspor" ötən gün klubda hər kəsin koronavirus testindən keçdiyini, 11 nəticənin müsbət çıxdığını açıqlamışdı. Onlardan 4-ü futbolçu, qalanları isə məşqçi və klubda çalışanlardı. Artıq klubun bazası da karantinə alınıb, dezinfeksiya işləri aparılır. Koronavirus aşkarlananlar isə xəstəxanada müalicə alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest