Rusiyanın "Dinamo" klubunun idarə heyətinin rəhbəri Yuri Solovyov koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Hazırda xəstəxanada müalicə alan Solovyov da xəbəri təsdiqləyib:
 
"Koronavirus diaqnozu qoyuldu, yüksək hərarətim vardı, həkimlər sayəsində indi daha yaxşıyam".
 
Solovyov 2019-cu ilin yayından "Dinamo"da idarə heyətinə rəhbərlik edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest