"Neftçi" PFK-nın kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib. 
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.
 
Qeyd edək ki, "Neftçi" PFK-nın bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest