Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə Venesuela çempionatının aqibətinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, Venesuela Futbol Federasiyası ilə klublar arasında aparılan müzakirələrdən sonra yüksək liqa da daxil olmaqla bütün çempionatlarda mövsümün ləğvinə qərar verilib.
 
Qərara görə, mövsümün bütün nəticələri ləğv olunub və turnir cədvəli keçərli sayılmayıb. Bunun məntiqi nəticəsi kimi çempion da müəyyənləşdirilməyib.
 
Qeyd edək ki, Venesuela çempionatında 2020 mövsümünün cəmi 6 turu oynanılmışdı. Mart ayında məcburi dayandırılan çempionata 16 xala malik "Zamora" rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest