Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir klub koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, "Səbail" tam heyətin koronavirus testindən keçdiyini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bütün nəticələrin neqativ çıxdığı diqqətə çatdırılıb.
 
Klub həmçinin ev oyunlarını keçirdiyi "ASCO Arena"da dezinfeksiya işləri aparıldığını da açıqlayıb.
 
Xatırladaq ki, daha öncə "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"də koronavirus testi aparılmış və nəticələrin neqativ çıxdığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest