"Keşlə" Futbol Klubunun futbolçu, məşqçi və inzibati heyəti koronavirus (COVİD-19) testindən keçiblər

"Keşlə" Futbol Klubunun futbolçu, məşqçi və inzibati heyəti koronavirus (COVİD-19) testindən keçiblər.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə qeyd olunub ki, klubun təlim-məşq bazasında baş tutan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb.
 
Qeyd edək ki, ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan "ASK Arena"da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
 
Daha öncə "Qarabağ", "Neftçi", "Zirə", "Sabah" və "Səbail" də koronavirus testindən keçib və heç kimdə yoluxma qeydə alınmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest