Koronavirus pandemiyasına görə martdan etibarən dayandırılan Almaniya Bundesliqası bu gün yenidən bərpa olunub.
 
Matc.az xəbər verir ki, 26-cı turun oyunları çərçivəsində bu gün 6 qarşılaşma keçirilib. 
 
Dortmundun "Borussiya" klubu doğma meydanda "Şalke"ni qəbul edib. Rur derbisində meydan sahibləri 4 cavabsız qola seviniblər. Münhenqladbax "Borussiya"sı isə səfərdə "Ayntraxt"dan üstün olub. "Volfsburq" səfərdə "Auqsburq"u məğlub edib. "Herta" da "Hoffenhaym"a böyük hesabla qalib gəlib. "Fortuna" – "Paderborn" matçında qapılara qol vurulmayıb. "Leyptsiq" isə "Frayburq"u sınağa çəkib və xal itkisi ilə üzləşib.
 
Almaniya Bundesliqasının oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.
 
Almaniya Bundesliqası
26-cı tur
16 may
 
Auqsburq – Volfsburq 1:2
Qol: Yedvay, 54 – Steffen, 43. Ginçek, 90+1.
 
Borussiya (Dortmund) – Şalke 4:0
Qol: Haland, 29. Gerrero, 45; 63. Hazard, 48.
 
Fortuna – Paderborn 0:0
 
Hoffenhaym – Herta 0:3
Qol: Akpoquma, 58-öz qapısına. İbişeviç, 60. Kunya, 74.
 
Leyptsiq – Frayburq 1:1
Qol: Poulsen, 77 – Gulde, 34.
 
Ayntraxt – Borussiya (Münhenqladbax) 1:3
Qol: A.Silva, 81 – Plea, 1. Turam, 7. Bensebaini, 72-pen.
 
17 may
 
17:30 Köln – Maynts
20:00 Yunion – Bavariya
23:00 Verder – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest