İngiltərənin "Harlou" klubunun futbolçusu Fransua Kablan qətlə yetirilib. Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
19 yaşlı futbolçu Londonda küçədə gəzərkən, yaranan mübahisə əsnasında bıçaqlanıb.
 
"Harlou" klubunun meneceri Adam Konolli Kablanın öldürüldüyünü təsdiqləyib. Konolli, Kablanın çox alicənab və mehriban olduğunu deyib.
 
Kablan, "Harlou" klubundakı son oyununda het-trik edərək, komandasına qələbə qazandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest