"Real Sosyedad"ın müdafiəçisi Dieqo Llorente karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun xidmətində "Liverpul" maraqlıdır.

26 yaşlı oyunçunun İspaniya klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. "Real Sosyedad" müdafiəçini satmaq istəsə də, oyunçunun müqaviləsində 45 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. "Liverpul"isə bu məbləği ödəməyə hazırdı.

Qeyd edək ki, Llorente cari mövsüm La Liqada 19 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest