Dünya şahmat tacı uğrunda matç başa çatıb. Matç.az saytı xəbər verir ki, norveçli Maqnus Karlsen titulunu qorumağa müvəffəq olub.

O, ABŞ təmsilçisi Fabiano Karuananı tay-brekdə məğlub edib. Klassik üslubda keçirilən 12 partiyadan sonra qalib müəyyənləşmədiyindən (6:6) qrossmeysterlər rapiddə qüvvələrini sınayıb. İlk üç qarşılaşmada qələbə qazanan Karlsen 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, norveçli 2013-cü və 2014-cü illərdə hindistanlı Vişvinatan Ananda, 2016-cı ildə ukraynalı Sergey Karyakinə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest