"Yuventus" Paulo Dibala ilə müqaviləni uzatmaq niyyətindədir. Matc.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu argentinalıya 5 illik yeni sözləşmə təklif edəcək.

Məlumata görə, Dibala rəhbərliyin təklifni qəbul edəcək. Lakin futbolçu koronavirus pandemiyası üzündən İtaliyaya qayıda bilmir. 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2022-ci ilə qədərdir.

Yeni sözləşmədə Dibalanın maaşı artırılacaq. O, hazırda "Yuventus"da illik 7,5 milyon avro qazanır.

Qeyd edək ki,  argentinalı hücumçu cari mövsüm A Seriyasında 24 matç keçirib və 7 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest