Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə İngiltərə Premyer Liqasının bərpası üçün ilk addım atılıb.
 
Matc.az xəbər verir ki, çempionatın səhmdarları klubların sabah günortadan etibarən kiçik qruplar şəklində məşqlərə başlamasına yekdilliklə səs veriblər.
 
Lakin komandalara sosial məsafəni qorumaq şərtilə məşq etməyə icazə verilib. Yaxın təmas məşqləri isə hələlik qadağan olunur.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martın 13-də qeyri-müəyyən müddətədək təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest