"Barselona"nın futbolçusu Filipp Koutinyo "Bavariya"da qala bilər. Matc.az xəbər verir ki, bu barədə oyunçunun agenti açıqlama verib.

O bildirib ki, braziliyalı yarımmüdafiəçi Münhen klubunda xoşbəxtdir. Koutinyonun hazırda "Bavariya"dan başqa klub haqda düşünmədiyini vurğulayıb.

Bununla yanaşı, 27 yaşlı futbolçunun 3-4 həftəyə medyanlara dönəcəyi bildirilir. Baş məşqçi Xans Diter Flikin onun xidmətindən razı olduğu qeyd edilib. Koutinyonun Bundesliqa klubunda qalıb-qalmayacağına rəhbərlik qərar verəcək.

Futbolçu mövsümü icarə əsasında "Bavariya"da keçirib. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest