Rusiyanın "Dinamo" klubunun üç futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
 
Moskva klubunun qapıçısı Devid Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestre İqbunda koronavirus aşkarlanıb.
 
Bundan əvvəl "Lokomotiv" və "Rubin"in bir futbolçusu koronavirusa yoluxmuşdu.
 
Koronavirusa görə dayandırılan Rusiya Premyer Liqası iyunun 21-dən start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest