FİFA və FİFPro klubları müflis olan futbolçulara maddi dəstək göstərəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FİFPro) məlumat yayıb.
 
Qurumun yaydığı rəsmi məlumata görə, futbolçuların klublarının müflis olması səbəbindən ödənilməyən borcları FİFA və FİFPro-nun ortaq yaratdıqları fond tərəfindən qarşılanacaq. 
 
Fonddan yararlanmaq istəyən futbolçuların FİFPro-nun rəsmi saytı vasitəsilə müraciət etmələri vurğulanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest