Niderlandın PSV klubu futbolçuların məvaciblərini azaldıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, əsas komandanın üzvləri maaşlarında endirim edilməsinə razılıq veriblər. Bununla bağlı sağ cinah müdafiəçisi Denzel Dumfries komanda yoldaşları adından klub saytına açıqlama verib:
 
"Paltardəyişmə otağında birlik çox önəmlidi. Bunu bacardığımız üçün qürur duyuram".
 
Qeyd edək ki, Niderlandda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan 2019/20 mövsümü erkən başa çatdırılıb, liqalarda çempion elan edilməyib, bütün klublar yarışdıqları liqalarda saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest