Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Sloveniya çempionatının nə vaxt bərpa olunacağı rəsmən bəlli olub.
 
Matc.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytı mili çempionatın iyunun 5-də qaldığı yerdən davam etdiriləcəyini açıqlayıb.
 
Oyunlar azarkeşsiz keçiriləcək. Bundan başqa, futbolçular, məşqçilər və matçlar zamanı çalışan digər bütün şəxslər gigiyenik qaydalara xüsusi əməl etməlidilər.
 
Sloveniya kubokunda yarımfinal qarşılaşmaları iyunun 9-10-na, final görüşü isə ayın 24-nə təyin olunub. 
 
Qeyd edək ki, Sloveniyada çempionatlar martın əvvəlindən koronavirusa görə dayandırılmışdı. Geridə qalan 25 tur ərzində 50 xal toplamış lider Lyublyana "Olimpiya"sı ən yaxın izləyicisindən 5 xal öndə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest