Premyer Liqa təmsilçsi "Uotford"un üç üzvü koronavirusa yoluxub. Matc.az xəbər verir ki, testi müsbət cavab verən 3 nəfərin biri futbolçu, ikisi isə texniki işçidir.

Koronavirusa yoluxmuş şəxslərin adları açıqlanmayıb. Onların yeddi gün təcrid olunacağı bildirilir. Məlum səbəbdən futbolçular bu gün səhər keçirilməli olan məşqə çıxmaqdan imtina ediblər. Premyer Liqada son qərarə əsasən, oyunçuların sağlamlıq məsələsində qorxuları olarsa, klub onları məşq etməyə məcbur edə bilməz.

Qeyd edək ki, Premyer Liqa təmsilçilərinə kiçik qruplar şəklində məşq etməyə icazə verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest