"Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belanda karyerasını İspaniyada davam etdirə bilər. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Sevilya"nın maraq dairəsindədir.

Məlumata görə, La Liqa təmsilçisi Belhandanı yayda heyətinə qatmaq niyyətindədir. Klub nümayəndələrinin futbolçunun agenti ilə təmasa keçəcəkləri bildirilir.

"Sevilya" ilə yanaşı, Səudiyyə Ərəbistanından da oyunçuya maraq var.  "Əl Hilal" və "Əl İttihad" klubları yarımmüdafiəçini tranfser edə bilər. İstanbul təmsilçisi mərakeşli futbolçunun maaşının yüksək olduğu üçün satmağa razıdır. O, "sarı-qırmızılılar"da illik 3,3 milyon avro qazanır.

Qeyd edək ki, Belhanda cari mövsüm "Qalatasaray"da 24 oyun keçirib və 5 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest