"Bavariya" qapıçısı Manuel Noyerin müqaviləsini uzadıb. Matc.az klub saytına istinadən xəbər verir ki, tərəflər arasında danışıq müsbət nəticələnib.

Məlumata görə, 34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, almaniyalı futbolçu 2011-ci ildən Münhen klubunda çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest