Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib.
 
Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Marko Roys sıradan çıxıb.
 
30 yaşlı futbolçunun bud əzələsindən zədələndiyi və təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu da Roysun mövsümü erkən tamamlaması mənasına gəlir.
 
Koronavirus səbəbiylə dayandırılan Almaniya Bundesliqası ötən həftə bərpa olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest