İtaliyanın "Breşia" klubunda çıxış edən Mario Balotelli mövsüm sonunda komandanı tərk edəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Məlumata görə, Balotellinin agenti Mino Raiola bir neçə klubla danışıq aparır. 29 yaşlı hücumçu ilə "Qalatasaray" və "Vasko Da Qama"nın yaxından maraqlandığı bildirilir. Əgər Baloteli Avropada oynamağa üstünlük versə, karyerasını Türkiyədə davam edəcək.

Qeyd edək ki, italiyalı forvardın "Breşia" ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest