Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda dünyanın 211 ölkəsinin yığması yer alıb.

Cədvəldə ötən ayla müqayisədə siyahıda bir sıra dəyişiklik baş verib. Buna hesabat dövründə keçirilən rəsmi və yoxlama oyunları səbəb olub.

Lakin bu dəyişikliklər Azərbaycan milisinin mövqeyini təsir etməyib. Qurban Qurbanovun yetirmələri xal itirsə də, mövqeyini qoruyub.

Millətlər Liqasında Farer adalarını 2:0 yenib, Kosovoda 0:4 hesabı ilə uduzan komandamız əmsalında 1 xal geri düşüb. ötən ay 1207 xalı olan yığmamız bu dəfə 1206 xala malikdi. Millimiz dünyanın 107-ci komandasıdı.

Millimiz və "qonşuları"

103 (103). Haiti – 1219
104 (105). Liviya – 1217
105 (105). Keniya – 1210
106 (100). Madaqaskar – 1209
107 (107). Azərbaycan – 1206
108 (108). Niger – 1205
109 (110). KXDR – 1196
109 (112). İordaniya – 1196
111 (109). Namibiya - 1191

Yığmamızın Millətlər Liqasının başa çatan əsas mərhələsindəki keçmiş rəqiblərindən Farer adaları yenə 3 pillə geriləyibsə, Malta 1 addım irəliləyib. İki qələbə qazanmaqla millimizin qrupunda 1-ci yeri tutan Kosovo isə rekord vuraraq tarixinin ən yüksək mövqeyi – 131-ci sıraya qalxıb. Balkanlılar buna 6 pilləlik irəliləyişlə nail olub.

Millimizin keçmiş rəqibləri

98 (95). Farer adaları – 1238
131 (137). Kosovo – 1113
182 (183). Malta - 926

Dünyanın ən güclü 10 komandasının siyahısında yalnız bir yerdəyişmə gerçəkləşib. Portuqaliya 6-cı sıranı Uruqvaydan alıb. Digər yığmaların xalları dəyişsə də, yerləri toxunulmaz qalıb.

İlk "onluq"

1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (7). Portuqaliya – 1614
7 (6). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589

Qeyd edək ki, 1 addım geriləyən qonşu Türkiyə 1443 xalla siyahıda 39-cudu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest