Rusiyanın "Orenbuq" klubu futbolçuları, məşqçiləri və işçiləri koronavirus testindən keçirib.
 
Matc.az xəbər verir ki, testlərin nəticəsində bir nəfərdə koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Komandanın üzvü Platon Zaxarçukun koronavirus testi müsbət nəticələnib. Həmçinin, futbolçular Filip Roqiç, Ziqi Şkoflek, Andrea çukanov və məşqçi Yevgeni Stukalovdun bədənində antikorların olduğu aşkarlanıb. Bu, həmin şəxslərin əvvəllər koronavirusa yoluxan xəstələrlə təmasda olduğunu göstərir.
 
Onların hamısı karantinə alınıb və təkrar koronavirus testindən keçiriləcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest