Adrian Neaqa "Neftçi"də il yarım çıxış edib və 2010-cu ilin yayında ölkəsinə qayıdıb.

Rumıniya mətbuatı "Styaua" klubunun son illər "transfer bazarı"ndakı çalışmalarını araşdırıb. Matç.az-ın yerli digisport.ro saytına istinadən məlumatına görə, "Styaua"nın əməkdaşlıq etdiyi klublardan biri də "Neftçi" olub.

Belə ki, hücumameyilli yarımmüdafiəçi Adrian Neaqa 2009-cu ilin yanvarında "Neftçi"yə məhz Buxarest təmsilçisindən keçib. Həmkarlarımız Azərbaycan klubunun bu transfer müqabilində həmin vaxt qarşı tərəfə 500 min avro ödədiyini iddia ediblər.

Qeyd edək ki, Adrian Neaqa "Neftçi"də il yarım çıxış edib və 2010-cu ilin yayında ölkəsinə qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest