İngiltərənin nüfuzuna görə ikinci çempionatı olan çempionşipdə mübarizə aparan klubların kollektivləri koronavirus testindən keçiblər.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, son 72 saatda bütövlükdə 24 komandada oynayan və çalışan 1014 nəfərdən analiz götürülüb. Bu testlərdən yalnız ikisinin nəticəsi müsbət çıxıb.
 
Koronavirusun aşkarlandığı şəxslər karantinə alınıblar və müalicələri davam etdirilir. Digərlərinin isə mayın 25-dən etibarən məşqə çıxmasına icazə veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest