Türkiyənin "Fənərbaxça" klubu karantina əlaqədar xüsusi kampa toplaşmağa qərar verib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bir həftəlik təlim-məşq toplanışını Rivada həyata keçirəcək.
 
Klubun mətbuat xidmətinin məlumatına görə, komanda üzvləri mayın 25-də növbəti dəfə koronavirus testindən keçiriləcək. Nəticələrin hamısı qənaətbəxş olsa, komanda üzvləri mayın 26-dan 31-nə qədər Rivada xüsusi "kamp"a yollanacaq.
 
Qeyd edək ki, buna qədər "Samandıra Can Bartu Tesisleri"ndə çalışan "Fənərbaxça" sözügedən bazanı uzunmüddətli toplanış üçün yetərsiz hesab edib. Topuk Yaylasında isə qazonla bağlı tamamlanmamış işlər olduğundan, İstanbul təmsilçisi Türkiyə millisinin Rivadakı bazasında toplaşmaq qərarına gəlib.
 
Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqasında mövsümün 12 iyundan etibarən bərpası gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest