Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Turun açılış matçında "Bavariya" səfərdə Dortmund "Borussiya"sının qonağı olub. Turnir cədvəlinin vahid lideri olan münhenlilər, bu matçda da qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini artırıb.
 
"Bayer" bu turda "Volfsburq"la, "Verder" isə Münhenqladbax "Borussiya"sıyla qarşılaşıb. Bol qollu ilk oyunda meydan sahibləri böyük hesabla uduzublar. Digər oyunda isə qapılara qol vurulmayıb. Altı qolun vurulduğu "Ayntraxt" – "Frayburq" matçında da qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
28-ci tur
26 may
 
Borussiya (Dortmund) – Bavariya 0:1
Qol: Kimmix, 43.
 
Bayer – Volfsburq 1:4
Qol: Baumqartlinger, 86 – Ponqraçiç, 43; 75. Arnold, 64. Steffen, 68.
 
Ayntraxt – Frayburq 3:3
Qol: A.Silva, 35. Kamada, 79. çandler, 82 – Qrifo, 28. Petersen, 67. Holer, 69.
 
Verder – Borussiya (Münhenqladbax) 0:0
 
27 may
 
20:30 Leyptsiq – Herta
22:30 Auqsburq – Paderborn
22:30 Fortuna – Şalke
22:30 Hoffenhaym – Köln
22:30 Yunion – Maynts

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest