"Liverpul"un yarımmüdafiəçisi Xerdan Şakiri mövsüm sonu klubunu dəyişə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Nyukasl" oyunçunun xidmətində maraqlıdır.

Növbəti mövsümdəm iddialı bir komanda formalaşdırmaq istəyən "ağ-qaralar" heyətə bir neçə oyunçu cəlb edəcək.

Klubun transfer siyahısında Şakirinin də adı var. 28 yaşlı isveçli futbolçu "Nyukasl"a keçməyə müsbət yanaşır.

Xəbərdə yarımmüdafiəçinin agentinin də Şakirinin "Liverpul"dan ayrılmaq istədiyini təsdiqləyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest