"Səbail"in futbolçusu Maykl Esyen karyerasını bitirməyə hazırlaşır. Matc.az "GhanaWeb"ə istinadən xəbər verir ki, təcrübəli oyunçu futbolla paytaxt təmsilçisində vidalaşacaq. 

"Esyen "Səbail"də oynamaqla, futbolda sonrakı həyata hazırlaşır. O, həm də U-19 komandasının baş məşqçisidir. Əgər Premyer Liqa bərpa olunsa, afrikalı oyunçu karyerasını başa vuracaq" – deyə, yazıda bildirilib.

Qanalı yarımmüdafiəçinin karyerasını ölkəsinin "Liberty Professionals" klubunda bitirəcəyi də istisna edilməyib.

Qeyd edək ki, ötən ildən "Səbail"də çıxış edən Maykl Esyen karyerası ərzində "çelsi" "Real" və "Milan" kimi komandalarda forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest