Bosniya və Herseqovinalı futbolçu Amar Rəhmanoviç karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az "faktor.ba" saytına istinadən xəbər verir ki, 26 yaşlı oyunçu ispaniyalı agent vasitəsi ilə "Qarabağ"a təklif olunub.

Məlumata görə, "Sarayevo" klubunda çıxış edən Rəhmanoviç Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşır. Bosniyalı yarımmüdafiəçinin baş məşqçinin planlarına daxil olmadığı və komandadan göndəriləcəyi bildirilir.

Qeyd edək ki, Amar 2017-ci ildən "Sarayevo"da forma geyinir. O, komandası ilə bu günə qədər 65 oyun keçirib və 17 qol vurub. Rəhmanoviç Bosniya və Herseqovina U-21 millisində də çıxış edib. Onun komandası ilə müqaviləsi 2021-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest